
Mömİnlərİn Cəsarətİ
Bu saytda gözəl əxlaqın bir hissəsi olan “cəsarət” mövzusundan bəhs olunacaq. Cəsarətin Quranda verilən həqiqi mənası açıqlanacaq, eyni zamanda, cəmiyyətdə qəbul edilən cəsarət anlayışının yanlış cəhətləri incələnəcək.
Bu saytda gözəl əxlaqın bir hissəsi olan “cəsarət” mövzusundan bəhs olunacaq. Cəsarətin Quranda verilən həqiqi mənası açıqlanacaq, eyni zamanda, cəmiyyətdə qəbul edilən cəsarət anlayışının yanlış cəhətləri incələnəcək.
Allah tarix boyu hər qövmü lideri ilə birlikdə yaratmışdır. Bu, Adətullahın tələbidir. Hz. Nuh (ə.s.), hz. İbrahim (ə.s.), hz. Musa (ə.s.), hz. Yusuf (ə.s.), hz. İsa (ə.s.) və hz. Muhəmmədin (s.ə.v.) dövründə Allah'ın mübarək elçiləri iman gətirənlərin lideri olaraq İslam cəmiyyətlərinin başında olmuşdur. Peyğəmbərimizin (s.ə.v.) ardınca da müsəlmanlar yaxın tarixə qədər heç vaxt başsız qalmamışlar. Bu dövrdə müsəlmanların mənəvi liderinin olmaması Allah'ın təqdir etdiyi hz. Mehdinin (ə.s.) gəliş əlamətlərindən biridir. Ancaq Allah qədərdə İslam cəmiyyəti üçün bir gözəllik təqdir etmiş və mənəvi liderləri olmadan keçən bu dövrün ardınca onları çox üstün əxlaqlı, çox mübarək, sevgi və şəfqət dolu, müsəlmanları çox sevən, hamiyyəti İslamiyyəsi çox qüvvətli bir şəxslə, yəni hz. Mehdi (ə.s.) ilə müjdələmişdir. Təxminən 1.5 əsrdir başsız olan İslam aləmi, Allah'ın təqdir etdiyi qədərin tələbi olaraq, bu əsrdə hz. Mehdinin (ə.s) mənəvi liderliyi altında birləşəcək.
Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)
Hz. İsanın yer üzünə ikinci dəfə gələcəyi mövzusu Quranda çox açıq olaraq bildirilmişdir. Bir çox ayədə bu mövzu ilə bağlı qəti ifadələr var. Quranda bildirilən bu dəlillər bu aşağıdakılardır:
(1) Hz. İsanın ikinci dəfə yer üzünə gələcəyinə dair işarələr daşıyan ayələrdən ilki “Ali İmran” surəsinin 55-ci ayəsidir:
O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.(Ali İmran surəsi, 55)
Ayədəki "sənin ardınca gedənləri qiyamətə qədər kafirlərdən üstün edəcəyəm" ifadəsi diqqət çəkicidir. Quranda qiyamətə qədər inkar edənlərə üstün olan və hz. İsaya həqiqətən tabe olan bir qrupun varlığından danışılır. Bəs kimdir bu tabe olanlar? Hz. İsa dövründə yaşayan həvarilərmi, yoxsa hal-hazırda yaşayan xristianlarmı?
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.(İsra surəsi, 53)
Zaman çox sürətli keçir, sanki bir şeylə yarışır və getdikcə də sürətlənir. Bəzi insanlar bu sürətin fərqindədir və vaxtını yaxşı qiymətləndirməyə çalışır, bəziləri isə sanki heç nə yox imiş kimi davranır. Yaxşı, siz hansı qrupdansınız?
De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah’a məxsusdur!” (Ənam surəsi, 162)
“... Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdə (sizə günah) var. Allah Bağışlayandır, Rəhmlidir”. (“Əhzab” surəsi, 5)
Ey iman gətirənlər! Peyğəmbər sizi sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allah’ın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!
(Ənfal surəsi, 24)
Sən əsla ölməyən və daim diri olan (Allah’a) təvəkkül et və Onu həmd ilə təsbeh et. Qullarının günahlarından Onun xəbərdar olması yetər.
(Furqan surəsi, 58)
Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allah’ın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.
(Zumər surəsi, 36)
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.
(Bəqərə surəsi, 186)
Onlar dedilər: “Allah’ın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allah’ın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, təriflənməyə layiq olandır, Məciddir”.
(Hud surəsi, 73)
Yoxsa güclü və üstün olan, qarşılıqsız bağışlayan Rəbbinin xəzinələri onların yanındadırmı?
(Sad surəsi, 9)
Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb.